Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Ləman Seyidova İtaliyanın Milan şəhərində keçirilən müsabiqədə uğurla iştirak edib.
Ləman 10-15 yanvar tarixində dahi bəstəkar L.V.Bethovenin 250 illiyi ilə əlaqədar təşkil olunan “Bethoven mükafatı” piano müsabiqəsinin ən gənc iştirakçısı idi.
Beynəlxalq müsabiqə üç mərhələdə keçirilib: konsertmeysterin, simli kvartetin və orkestrin müşayiəti ilə Bakı məktəblisi Bethovenin 2 saylı konsertinin (B-dur) III hissəsini ifa edib.
Münsiflər heyətinin qərarı ilə Ləmana müsabiqənin diplomantı adı və pul mükafatı (300 avro) verilib.
İndiyə qədər bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş Ləman Seyidova məktəbin təcrübəli pedaqoqu, Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsidir.