“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı paytaxt şəhərlərimiz arasında olan münasibətlərin səviyyəsini əks etdirir”. Bu isə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözləridir.
Rusiya Prezidentinin nümayəndəsi qeyd edib ki, bu münasibətlər nəinki humanitar, eyni zamanda iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı əhatə edir.
“Bizim böyük planlarımız var. Bizim bir-birimizə olan münasibətimizi sübut etməyimizə ehtiyac yoxdur. Bu günlərdə Polad Bülbüloğlunun Moskvada keçirilən yubiley konserti çoxlu sayda insanları bir araya gətirdi. Bu, mədəniyyət sahəsində əlaqələrin dərin kökə malik olduğuna bir işarə idi”, - deyə o bildirib.