Fevralın 3-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində gənc rəssamların növbəti “Axın” qrup sərgisi keçiriləcək. Sərgi 2 fevral – Gənclər Gününə həsr olunub.

Layihə gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştirakını dəstəkləmək məqsədilə həyata keçirilir. “Axın” qrup sərgisində 30-dan çox gənc rəssamın 60-a yaxın əsəri sərgilənəcək.