Qazaxıstanın “Weproject.media” internet portalında Azərbaycanla bağlı yazı yerləşdirilib.
“Qədim sivilizasiyaların izləri, nadir təbiət hadisələri və zəngin mətbəx – niyə Azərbaycana səfər etmək lazımdır?” adlı məqalədə ölkəmizin görməli yerləri, mətbəxi, təbiəti, turizm və mədəniyyəti, eləcə də tarixindən bəhs olunub.
Azərbaycanın nadir at cinsi – Qarabağ atlarının vətəni olduğu, ölkə ərazisində doqquz iqlim qurşağının mövcudluğu diqqətə çatdırılır.
Yazıda “Yanardağ” qoruğundan söz açılır, dünyada mövcud palçıq vulkanlarının, demək olar ki, yarısının Azərbaycanda olması, Qobustan qayaüstü rəsmlərinin UNESCO tərəfindən Dünya irs siyahısına daxil edilməsindən də bəhs edilir.