Polşada keçiriləcək Frederik Şopen adına Beynəlxalq klassik musiqi müsabiqəsində bu il 500-dən çox pianoçu iştirak edəcək. Müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.

Beynəlxalq müsabiqə artıq 18-ci dəfə təşkil olunur. İştirakçıların sayı ilbəil artır.

Müsabiqənin seçim mərhələsi 17-28 aprel tarixində keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.