Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Argentinanın ölkəmizdəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş “Tanqo rəqsi – azadlıq yanğısı” (Rodolfo Dinsel) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, kitabda tanqo rəqsinin tarixi, mahiyyəti, fəlsəfəsi, estetika və texnikası barədə geniş və müfəssəl bilgilər yer alır.

Əsər Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin dəstəyi ilə tərcümə və nəşr edilib.

Kitab mənbəşünaslar, xoreoqrafiya üzrə mütəxəssislər, eləcə də mədəniyyət fenomeni kimi rəqs tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.