Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.
Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.
Rübabə Muradova Azərbaycan səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı. Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmayıb.