Qazaxıstanın Almatı şəhərində IX-X əsr Şərq fəlsəfəsi və elmi fikrinin görkəmli nümayəndəsi, böyük türk filosofu Əbu Nəsir əl-Fərabinin 1150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə start verilib.
Prezident Kasım-Jomart Tokayev 2020-ci ildə əl-Fərabinin yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Qazaxıstanla yanaşı, xarici ölkələri də əhatə edəcək yubiley ilində Əl-Fərabi irsinə həsr olunmuş elmi konfranslar, simpoziumlar keçiriləcək, əsərləri tərcümə və nəşr olunacaq, haqqında sənədli filmlər hazırlanacaq, Əl-Fərabi mərkəzləri açılacaq.
Şərqin böyük mütəfəkkirinin 1150 illiyi UNESCO-nun əlamətdar yubileylər təqviminə də daxil edilib. Yubiley İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKSOY və digər beynəlxalq təşkilatların dəstəyi ilə geniş qeyd ediləcək.