“TRT Çocuk” kanalının cizgi filmi seriyasından “Rafadan tayfa: Göbeklitepe” Almaniyanın Köln və Ştutqart şəhərlərində nümayiş olunub. Cizgi filmi qəhrəmanlarının Göbeklitepe (Şanlıurfa) arxeoloji abidəsindəki macəralarından bəhs edir.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə təşkil edilən nümayişə uşaqlar böyük maraq göstərib.

Filmin prodüser və rejissoru İsmayıl Fidan nümayişdən əvvəl çıxış edərək bildirib ki, Türkiyədə ən çox izlənilən “Rafadan tayfa” cizgi filmi artıq Avropaya yol alıb.

O qeyd edib ki, cizgi filminin çəkiliş qrupu Almaniyadan sonra Avstriyada da uşaqların görüşünə gedəcək.

Mehparə SULTANOVA
Ankara