Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı növbəti “açıq qapı” günü keçirilib. İştirakçılar universitetin fəaliyyəti barədə məlumatlandırılıb, imtahanların gedişini izləyiblər.
Rektor İlham Mədətov qış imtahan sessiyasının təşkili barədə danışıb. Diqqətə çatdırılıb ki, imtahan sessiyası fevralın 3-də başa çatacaq. Yazılı imtahanların nəticələri növbəti, şifahi imtahanların nəticələri həmin gün elan olunur. Tələbələrin müraciətlərinə operativ baxılması məqsədilə universitet rəhbərliyi, tələbə ictimai təşkilatları və ictimaiyyət nümayəndələrindən ibarət İmtahan qərargahı və Apellyasiya komissiyası fəaliyyət göstərir.
“Açıq qapı” günündə müxtəlif dövlət qurumlarının, özəl təşkilatların, “YARAT” Müasir İncəsənət Məkanının nümayəndələri, tələbələrin valideynləri iştirak ediblər.