Xalq şairi Rəsul Rzanın “Rənglər” silsiləsi Latviyada çap edilib. “Petergailis” nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilmiş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sözügedən silsilə Latviya Universitetinin mühazirəçisi, tarixçi Uldis Berzinş tərəfindən latış dilinə tərcümə edilib. Kitabın rəssamı Juris Petraskevicsdir.