Azərbaycan

7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 – 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s. filmlərə quruluş verib.

7 fevral 1922 – Görkəmli rəssam, qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (22.1.1892 – 1922) vəfat edib.

 

8 fevral 1929 – Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov (1929 – 20.1.2002) Bakıda doğulub. 20-dən çox filmə (“Səhər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.

8 fevral 1992 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub.

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

9 fevral 1924 – Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakı şəhərində anadan olub. Cəlil Məmmədquluzadənin (Naxçıvan), Cəfər Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935-2006) Bakıda doğulub.

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) Göyçayda anadan olub.

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub.

10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928-1994) Gədəbəydə anadan olub.

10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub.

 

Dünya

 

7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub.

7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis; 1885-1951) anadan olub.

 

8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 - 24.3.1905) anadan olub.

8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub.

 

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.

9 fevral 1881 – Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib.

 

10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.

10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub.

Hazırladı:  Vüqar ORXAN