Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür.
Xalqımızın milli-estetik dəyərlərinin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyi fevralın 13-də saat 18-də hər kəsi bu barədə müzakirələrə, eləcə də toy adətləri, geyim və zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqları maraqlandıran suallara etnoqraf alim Solmaz Məhərrəmova cavab verəcək.