Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr arasında keçirilən “Xocalı – şəhid şəhər” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
22-23 fevralda (müvafiq yaş qrupları üzrə) açılacaq sərgi çərçivəsində nümayiş olunan əl işlərinin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Xatırladaq ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqə bəşər tarixinin ən qanlı səhifələrindən birinin, 1992-ci ilin 26 fevralında erməni silahlı dəstələrinin Xocalıda azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımı qurbanlarının xatirəsini bir daha yad etmək məqsədilə keçirilib.