Mayın 6-dan 10-dək Almaniyanın Berlin şəhərində XJAZZ festivalı keçiriləcək.

Mayın 7-də Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Rusiyanın “Deeech” dueti (zərb alətləri ifaçısı Aleksandr Maşin və xoreoqraf Alina Sokulskaya) festivalda birgə konsert proqramı təqdim edəcək.

Beynəlxalq festivallarda uğur qazanmış Aleksandr Maşin Azərbaycan musiqiçiləri ilə bir neçə dəfə çıxış edib. Alina Sokulskaya xoreoqraf, ifaçı, müəllim kimi fəaliyyət göstərir.