Fevralın 12-13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Dünya İrs Şəhərləri Təşkilatının Şimali və Qərbi Avropa üzrə koordinatoru Matthias Ripp tərəfindən “Ziyarətçi idarəetməsi” mövzusunda beynəlxalq təlim keçirilib.
Layihənin məqsədi idarənin tabeliyində olan muzeylərin və turizm şöbəsinin əməkdaşlarını muzey bələdçiliyinə və yaradıcı turizm xidmətlərinə dair qabaqcıl təcrübə ilə tanış etmək olub.
Treninqdə iştirakçılara üç mövzuda – yaradıcı turizm xidmətlərinin inkişaf etdirilməsi, muzeylərdə hekayə və nəqletmə və ziyarətçi idarəetməsi haqqında qabaqcıl təcrübəyə əsaslanan bilgilər verilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.