Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı Qəşəm İsabəyli Hans Kristian Andersen mükafatına namizədlər sırasındadır.

Bu barədə məlumat Beynəlxalq Uşaq Kitabları Şurasının (İnternational Board on Books for Young People – İBBY) saytında (www.ibby.org) yer alıb.

İBBY tərəfindən təsis olunmuş Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur. Mükafat iki kateqoriya üzrə – yazar və kitab rəssamlarına (illüstrator) verilir.

2020-ci il üzrə Hans Kristian Andersen mükafata namizədlərin siyahısında 39 ölkədən 34 yazar və 36 illüstrator-rəssam var.

Q.İsabəylinin “Balaca, bapbalaca” adlı ilk kitabı 1982-ci ildə nəşr edilib. Sovet dövründə şeirləri “Murzilka” (Moskva, 1982) jurnalında dərc edilib. Əsərləri rus, ingilis, Ukrayna, Belarus, qırğız dillərində, o cümlədən “Baba, sabahın xeyir!” hekayəsi Beynəlxalq Uşaq Kitabları Şurasının “Bookbird” jurnalında (London, 2012) çap edilib.