Avstriyanın ikinci böyük şəhəri olan Qratsda UNESCO-nun insan haqları üzrə təlim mərkəzi açılacaq. UNESCO Buenos Ayres şəhərindən sonra dünyada ikinci belə bir mərkəzi burada təşkil etməyə qərar verib.

Qrats şəhərinin meri Ziqfrid Naql bildirib ki, Afrika və Cənub-Şərqi Avropa regionunu əhatə edəcək mərkəz, eyni zamanda bu şəhəri konqres məkanına da çevirməlidir.

Mərkəzin genişləndirilməsi üçün növbəti beş ildə 1,5 milyon avro vəsait ayrılacaq. Bu addımla da Qrats şəhərinin təkcə iqtisadi-sənaye cəhətdən deyil, insan haqları və ictimai-sosial əlaqələr sahəsində beynəlxalq nüfuzu inkişaf etməlidir.