Dağıstan Dövlət Akademik Rəqs Ansamblı Bakıda çıxış edəcək
Aprelin 21-də Heydər Əliyev Sarayında “Ləzginka” – Dağıstan Dövlət Akademik Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Yubiley proqramında kollektiv ən məşhur rəqs nümunələrini təqdim edəcək.
1958-ci ildə yaradılan “Ləzginka” ansamblı ötən dövrdə dünyanın 70 ölkəsində çıxış edib və peşəkar kollektivlər arasında folklor rəqsi üzrə 40-dan çox festivalın qalibi olub.
Ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, ABŞ, Çin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və s. ölkələrdə tamaşaçıların alqışları ilə qarşılanıb.
Ansamblın baş direktoru Rusiya və Azərbaycanın Əməkdar incəsənət xadimi Cambulat Maqomedov, bədii rəhbəri Rusiyanın Əməkdar artisti Zəlimxan Xangereyevdir.