Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu “Mədəniyyət üzrə Qran-pri” (Grand Prix de la Culture) mükafatına layiq görülüb.
Gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan mükafat ”Wiener Privatbank SE” bankı və “Hollaender-Calix“ incəsənət agentliyinin birgə layihəsidir.
Azərbaycanlı tenor bu mükafata dünyanın müxtəlif opera səhnələrində çıxışları, yaratdığı obrazlar və mükəmməl səsinə görə layiq görülüb.