Opera dünyasının ulduz cütlüyü – Azərbaycanın Xalq artisti Yusif Eyvazov və  Rusiyanın Xalq artisti Anna Netrebko Vyanadakı “Konserthaus“un böyük zalında konsert proqramı ilə çıxış edib.

Avstriyanın ən böyük konsert zallarından birində gerçəkləşən konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operası Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.

Konsert tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edək ki, Anna Netrebko və Yusif Eyvazovun 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaq. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı soprano və tenor cütlüyünün çıxışından zövq ala biləcəklər.