Aprelin 14-də Özbəkistanın Buxara şəhərində “İslam mədəniyyətinin paytaxtı” ilinin təntənəli açılış mərasimi olacaq. Açılış mərasimində İSESCO-nun baş direktorunun iştirakı da gözlənilir.

Bununla bağlı İSESCO-nun yüksək səviyyəli nümayəndəsi Rixati Salix Najibin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Buxara şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Bildirilib ki, tədbirlər çərçivəsində Səmərqənd və Buxara şəhərlərində elmi-praktik konfrans da keçiriləcək. Çoxsaylı qonaqlar bu qədim şəhərlərin abidələri ilə də tanış olacaqlar.