Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 7-də imzaladığı sərəncamla səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün vəsait ayrılıb. Sərəncama əsasən, dövlət büdcəsindən ayrılan 14,8 milyon manat hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına sərf olunacaq.
Dövlət başçısının aprelin 9-da imzaladığı digər sərəncamla koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.