Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 9-na olan məlumatına görə, ölkəmizdə indiyədək 926 nəfər koronavirusa yoluxub. Onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib.
Koronavirusa yoluxmuş 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.