Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi nadir kitabların yenidən çap olunaraq oxuculara təqdim olunmasında mühüm rol oynayır. Layihə çərçivəsində indiyədək uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün bu layihə çərçivəsində ərsəyə gəlmiş 11 adda kitabı Brayl əlifbası və jest dilinə tərcümə etdirərək uşaqlara təqdim edib.
Layihənin əsas məqsədi ötən illərdə işıq üzü görmüş uşaq kitablarını yenidən latın qrafikalı əlifba ilə, nəfis tərtibatda nəşr edərək uşaqlara təqdim etməkdir.
Balaca oxucular bu günlər vaxtlarını səmərəli keçirmək üçün kitabxananın clb.az saytına daxil olaraq “Yeni ədəbiyyat” bölməsindəki kitablarla tanış ola bilərlər.