Bu günlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə internet üzərindən bir sıra maraqlı layihələr və çağırışlar həyata keçirilir.
İdarədən bildirilib ki, bu layihələrdən biri də “Hip-Hop Time” verilişidir. Baş idarənin @bakimedeniyyetidaresi “İnstagram” hesabından aprelin 9-da canlı yayımlanan veriliş Azərbaycan rep hərəkatının təməlçilərindən olan mərhum Anar Nağılbazın xatirəsinə həsr olunub. Verilişə bir çox tanınmış rep ustaları da canlı yayımla qoşulublar. Layihənin müəllifi və aparıcısı Cavid Şahbazbəyovdur.