Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də videkonfrans və distant iş rejimində fəaliyyətini davam etdirir. Aprelin 6-da Dövlət Xidmətinin rəisi Zakir Sultanovun və məsul əməkdaşların iştirakı ilə onlayn rejimdə iclas təşkil olunub.

İclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş normalarına dair təlimatından irəli gələn məsələlər müzakirə olunub.

Dövlət Xidmətinin rəisi pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi qaydalara əməl edilməsi, tabe qurumların yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini onlayn rejimdə davam etdirməsi barədə danışıb. İclasda Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin təmin olunması ilə bağlı tapşırıq və tövsiyələr verilib.