UNESCO-nun təşəbbüsü ilə 2007-ci ildə fəaliyyətə başlayan Dünya Rəqəmsal Kitabxanası dünyanın ən böyük tarixi kolleksiyalarını pulsuz olaraq onlayn şəkildə təqdim edir.
Dünyanın mədəni irsini təmsil edən 15 mindən çox sənəd, nadir və qiymətli əsərlər, kitablar, jurnallar, xəritələr, filmlər və hətta səs yazıları bu saytda mövcuddur. Sayt 7 dildə fəaliyyət göstərir və giriş sərbəstdir.