Azərbaycan Milli İncəsənət Muzeyinin “Facebook” səhifəsində tanınmış memar Elçin Əliyevin müəllifi olduğu “Azərbaycanın sehrli abidələri” kitabından izləyicilər üçün övladları ilə birlikdə oxuduğu video yayımlanıb.
Uşaqlar üçün nəzərdə tutulan kitab ölkəmizin qədim memarlıq abidələrindən bəhs edir. Azərbaycanın bütün bölgələrini gəzən və orda yerləşən tarixi abidələri siyahıya alan Elçin Əliyevin kitabı çox sadə və anlaşıqlı dili ilə diqqət çəkir.
Kitabda müəllif bir çox məşhur Azərbaycan abidələrinin təsvirini verir. Onların sırasında Şirvanşahlar sarayı, Möminə xatın türbəsi, Gəncədə yerləşən Cümə məscidini və s. qeyd etmək olar. Yazılar rəssam Nüsrət Hacıyev tərəfindən hər abidə üçün çəkilmiş illüstrasiyalar ilə müşayiət olunur.