Dünyanın məşhur dəb nəşri olan “Vogue” jurnalının İtaliya versiyası yüzillik tarixində ilk dəfə olaraq aprelin 10-da nəşr olunan nömrəsində ağ üz qabığı ilə işıq üzü görüb.

Jurnalın “İnstagram” səhifəsində buna aydınlıq gətirilib. Bildirilib ki, koronavirus pandemiyası ilə bağlı qəbul edilən bu qərar bir neçə məsələni özündə ehtiva edir. Belə ki, ağ rəng ilk öncə hörmət rəmzidir. Daha sonra o, yenidən doğulmanı, təmizliyi əks etdirir. Bu gün isə ağ rəng həyatı bahasına insanların sağlamlığını qoruyan tibb işçilərinin rəmzidir. Bu rəng bizə düşünməyə və yeni ideyalar yaratmağa, sevgi və insanlığı yenidən formalaşdırmağa imkan verir.

Qeyd edək ki, “Vogue” (fransızca moda, dəb) jurnalı 1892-ci ildən ABŞ-ın “Condé Nast Publications” nəşriyyatı tərəfindən nəşr edilir və müxtəlif dillərdə versiyaları var.

İLONA