Azərbaycan

20 aprel 1894 – Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Səbuhi”, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” və s. filmlərin rejissorudur. Akademik Dram Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

20 aprel 1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın musiqişünas Xurşid Ağayeva (1906 - 3.12.1953) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevin qızıdır.

20 aprel 1907 – Xalq şairi Məmməd Rahim (Məmməd Abbas oğlu Hüseynov; 1907 – 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemaları, “Xaqani” mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

20 aprel 1916 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) Bakıda anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qanun naminə”, “Qayınana”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 aprel 1920 – Əməkdar incəsənət xadimi Əşrəf Hacı oğlu Quliyev (1920-1994) Bakıda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor, Akademik Milli Dram Teatrında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində Rejissor sənəti kafedrasının müdiri olub.

20 aprel 1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

20 aprel 1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.

20 aprel 1944 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861-1944) vəfat edib.

 

21 aprel 1931 – Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 – 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

21 aprel 1951 – Əməkdar artist, opera müğənnisi Cəlil bəy Əmrah oğlu Bağdadbəyov (1887-1951) vəfat edib.

 

22 aprel 1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 – 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

22 aprel 1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 – 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

22 aprel 1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 – 10.5.1994) anadan olub.

22 aprel 1935 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (1935-2009) Ağdamda doğulub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

22 aprel 1942 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (1942 – 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı” və s.) maraqlı obrazlar yaradıb, “Pəncərə” filminə quruluş verib. Filmlərin  səsləndirilməsində iştirak edib.

22 aprel 1983 – Azərbaycanın ilk kinoaktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 –1983) vəfat edib. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib.

 

Dünya

 

20 aprel 1927 – Rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ömrünün son illərində ayaq barmaqları amputasiya olunsa da, filmlərdə (“Səhranın bəyaz günəşi”, Pavel Vereşşagin) çəkilib.

 

21 aprel 1816 – İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.

21 aprel 1864 – Alman filosofu, tarixçi, müasir sosiologiyanın banisi Maks Veber (Max Weber; 1864-1920) anadan olub. “Protestant etikası və kapitalizmin ruhu” əsərinin müəllifidir.

21 aprel 1910 – Görkəmli Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 30.11.1835 - 1910) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. məşhur romanların müəllifidir.

21 aprel 1922 – Rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qaraqulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.

 

22 aprel 1707 – İngilis yazıçısı Henri Fildinq (Henry Fielding; 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.

22 aprel 1724 – Alman filosofu İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.

22 aprel 1899 – Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.

22 aprel 1922 – Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus (Charles Mingus; 1922-1979) anadan olub.

Hazırladı:  Vüqar ORXAN