AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Aybəniz Həsənovanın “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, kitabda ilk dəfə olaraq Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanıb və müasir toponimik səviyyədə tədqiq edilib. Bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar istisna olmaqla, tədqiq edilən regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər ayrıca tədqiqat obyekti olmayıb. Buna görə də əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası sistemləşdirilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.