Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Ankara şəhərindən onlayn formatda təşkil olunan beynəlxalq elmi konqresə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov da qatılıb.
Alim onlayn konqresdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri və multikultural dəyərlər” mövzusunda məruzəsini təqdim edib.
Muzeydən bildirilib ki, konqresdə edilən məruzələr kitab şəklində nəşr olunacaq.