“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən növbəti kitab – “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” çapdan çıxıb. Kitabın tərtibçisi və ön söz müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.

Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Şairin qızı, qardaşı, dostları, sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlıqdan ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.