Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda aprelin 6-da elan etdiyi hekayə müsabiqəsi davam edir.

Ötən müddətdə müsabiqəyə 70-ə yaxın hekayə təqdim olunub. Əsərlərin çoxluğu nəzərə alınaraq qısa zamanda onların qiymətləndirilməsi məqsədilə Müsabiqə komissiyasına təqdim olunması nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, müsabiqəyə yalnız yeni, daha əvvəl nəşr edilməmiş hekayələr qəbul olunur. Mətnin həcmi 25 min işarədən çox olmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə hekayələrin qəbulu mayın 29-da sona çatacaq.