Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti videoçarx hazırlayıb.

Virtual səyahətin budəfəki ünvanı İsmayıllı rayonudur. Videoçarxda ilk olaraq, rayonun ərazisi və əhalisi haqqında ümumi məlumat və Topçu, Buynuz, Diyallı, Talıstan, Qalıncaq, Basqal və s. kəndlərin təbiəti, tarixi irsi ilə bağlı fotolar yerləşdirilib. “Vətənimizə virtual səyahət” videoçarxlarını “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında izləmək mümkündür.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 3 nömrəli filialı #menoxudumsendeoxu və #evdeqalmutailedenqalma həştəqləri altında dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi haqqında virtual sərgi hazırlayıb. Sərgidə şairin əsərləri və onun haqqında nəşr olunan kitablar nümayiş olunub.

***

Paytaxtın Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir. Mərkəzi Kitabxana filiallarla birlikdə keçən həftəni Azərbaycan kinosuna həsr edib. Həftə boyu Azərbaycan filmlərini əks etdirən videoçarxlar hazırlanaraq sosial şəbəkə üzərindən təqdim olunub.