Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “İnstagram” hesabından aprelin 30-da canlı efirdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun rəhbəri, “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanovun (1970-2011) xatirəsinə həsr edilən veriliş yayımlanıb.

Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, aktyor, naşir Bəhram Bağırzadənin təqdim etdiyi canlı yayımda Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın və yaxın dostları – yazıçı, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, “ASAN FM” radiosunun rəhbəri, teleaparıcı Emin Musəvi iştirak edib.

Proqramda Anar Məmmədxanov haqqında xatirələr danışılıb, həyat yolundan söz açılıb.

Anar Məmmədxanov həmçinin “Ultra Production” şirkətinin və “Day.az” xəbər saytının yaradıcısı olub. Üç dəfə (2000, 2005, 2010) Azərbaycan Respublikası  Milli Məclisinin deputatı seçilmişdi.