Respublika Gənclər Kitabxanası “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımın növbəti qonağı yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlu olub.

Kitabxanadan bildirilib ki, canlı yayıma 700-dək izləyici qatılıb. Qonaq sualları cavablandırıb, yaradıcılığı, psixoloq fəaliyyəti haqqında geniş məlumat verib.

O, müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” əsərlərindən söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub. Onlayn görüş zamanı müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinə də yer ayrılıb.

R.Abdullaoğlu müasir gəncliyi mütaliəyə cəlb etmək  məsələsinə dair mülahizələrini bildirib, həmçinin özünün mütaliə etməsi barədə danışıb.

Kitabxananın “Facebook” və “İnstagram” səhifəsində yazıçı Rövşən Abdullaoğlu haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirilib.