Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Başqanlığı (YTB) tərəfindən nəşr olunan “Memleketim” jurnalının ilk sayı yayımlanıb.

“Güclü diaspora – güclü Türkiyə” başlığı ilə nəşrə başlayan dərginin ilk sayı YTB-nin 10 illiyinə həsr olunub.

Qurumun rəhbəri Abdullah Eren şəxsi “Twitter”dəki hesabından yaydığı açıqlamada jurnalın dünya türk toplumlarını bir araya gətirəcəyini vurğulayıb. “Diasporamızdan könül coğrafiyamıza zəngin məzmunla ərsəyə gətirdiyimiz “Memleketim” jurnalı nəşrə başladı. Dünyamıza xeyirli olsun! Əməyi keçən bütün dostlarıma təşəkkürlər”, – deyə o bildirib.

Mehparə SULTANOVA
Ankara