Çin Nepal ilə sərhəddə yerləşən dünyanın ən uca nöqtəsinin – Comolunqma (Everest) zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb.

Zirvənin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.

Comolunqmanın hündürlüyünün ölçülməsi üçün hazırlıq prosesinə martda başlanılıb. Hazırda ölçməni icra edəcək qrupun üzvləri yüksək ərazidə tədqiqat aparmaq üçün təlimlərdə iştirak edirlər. Ölçmə prosesində texnologiyanın ən son yeniliklərindən, o cümlədən “Beidou-3” naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə olunacaq.

Qeyd edək ki, Çin indiyədək Comolunqma zirvəsinin hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi.

CAVİD