Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əmirov Cəmil Fikrət oğlu, Göyçayev Teymur Ənvər oğlu, Xanı-zadə Bəxtiyar Oqtay oğlu, Kərimov Fəxrəddin Nuri oğlu, Quliyev Qabil Əzizulla oğlu, Şərifov Vaqif Abdulla oğlu, Tağızadə İranə Tofiq qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Dövlət başçısı mayın 7-də həmçinin incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 150 nəfər incəsənət xadimi Prezident mükafatına layiq görülüb.