Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 7-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 77 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Ötən dövrdə ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib. 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Bir gün öncə – mayın 6-da koronavirus infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınmış, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılmış, 2 nəfər vəfat etmişdi.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.