F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 10-15 yaşlı məktəblilər arasında keçirdiyi “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələrini elan edib.

Onlayn müsabiqədə Bakı şəhəri üzrə 21 məktəbli iştirak edib. Şagirdlərin yazdıqları esselər may ayının 10-dək kitabxananın elektron poçt ünvanına göndərilib. Təqdim olunmuş esselər kitabxananın “Facebook” səhifəsində paylaşılıb. Onlayn şəkildə ən çox – 722 səs (bəyənmə) toplayan essenin müəllifi 192 saylı məktəbin IV c sinif şagirdi Selcan Alagözova qalib olub.

Yazılmış esselərdə məktəblilər ulu öndərə olan məhəbbətlərini səmimi sözlərlə ifadə ediblər. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan gənc nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsidir.