Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 21-nə olan məlumatına görə,  Azərbaycan Respublikasında koronavirus infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Mayın 20-də 113 yeni yoluxma faktı qeydə alınmış, 55 nəfər sağalaraq evə buraxılmış, 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat etmişdi.

Məlumata görə, ötən dövrdə ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib. 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 496 test aparılıb.