Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 2020/2021-ci tədris ili üçün tam orta təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagird qəbulu elan edilib.

Akademiyadan bildirilib ki, tam orta təhsil pilləsində tədris üç istiqamətdə, o cümlədən xoreoqrafiya sənəti (ixtisas və xüsusi fənlər), ümumtəhsil və musiqi fənləri üzrə aparılır.

Müraciət edənlər ərizə formasını www.bxa.edu.az saytının “Elanlar” bölməsindən endirməklə doldurmalı və bax.mekteb@mail.ru ünvanına göndərməlidirlər.

Qəbulla bağlı ətraflı məlumatı BXA-nın saytından əldə etmək olar.