“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi aksiya keçirib.

İdarədən bildirilib ki, aksiya çərçivəsində iyunun 3-də İçərişəhərdə gün ərzində bütün ziyarətçilərə qurumun əməkdaşları tərəfindən tibbi maskalar paylanıb.

Bununla yanaşı, İçərişəhərin ən çox ziyarət edilən məkanlarından olan Qız qalasında çalışan bütün işçilər və mühafizəçilər xüsusi tipli maskalarla təchiz edilib ki, bu da qonaqların əlavə təhlükəsizliyini maksimal dərəcədə təmin edəcək.

Karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması istiqamətində muzey və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar idarənin tabeliyində fəaliyyət göstərən muzeylərin, eləcə də ərazinin qala divarları boyunca yerləşən restoranların ofisiantları da müştərilərə gün ərzində həmin xüsusi maskalarda xidmət göstərməsi nəzərdə tutulub.