Azərbaycan yazıçısı Elçin Səfərlinin “İşıq yanan ev” (“Дом, в котором горит свет”) kitabı rusiyalıların yay qiraəti siyahısına daxil edilib.

“MyBook” elektron kitabxanasının abunəçiləri arasında keçirdiyi sorğunun nəticələrinə görə, bu yay Elçin Səfərli, Aleks Mixaelides, Joel Dikker, Erik Mariya Remark, Stiven Kinq və başqalarının əsərləri oxucuların seçdikləri kitablar arasındadır.

Qeyd edək ki, “MyBook” kitabxanasının kataloqunda 250 mindən çox elektron və audiokitab var. Sorğuda 1500-dən çox oxucu iştirak edib.

Elçin Səfərli 1984-cü ildə Bakıda anadan olub. Rus dilində yazır. Bir müddət İstanbulda yaşayıb, ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. 2008-ci ildə çap olunan “Bosforun şirin duzu”  kitabı ilə tanınıb.