Əməkdar mədəniyyət işçisi, tanınmış fotojurnalist Fərman Bağırov iyunun 15-də, 84 yaşında vəfat edib.

F.Bağırov 1936-cı ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, sonra fəaliyyətini “Azərbaycan” qəzetində davam etdirib. 2020-ci ilədək bu qəzetdə çalışıb, Foto-illüstrasiya şöbəsinin müdiri olub. Qocaman fotojurnalist bu sənətin sirlərini gənc əməkdaşlara da həvəslə öyrədib.

Jurnalistikada xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Bir çox sərgi və müsabiqələrdə iştirak edərək diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə “Tərəqqi” medalı  ilə təltif edilib.

Allah rəhmət eləsin.