Macarıstanın “Narkut Kiado” nəşriyyatında Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun macar dilinə çevrilmiş “Azadlıq” (“Szabadulás”) romanı çap edilib.

Əsəri türk dilindən (“Azatlık”, “Zengin Yayıncılık” nəşriyyatı, 2018) macar dilinə tanınmış tərcüməçi Laura Pal çevirib.

2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran nəşriyyatlardan biri kimi tanınır. Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.