“Google Plus” sosial şəbəkəsinin işinin dayandırılmasından iki il sonra axtarış nəhəngi “Keen” adlı başqa iddialı layihəsini istifadəyə verib. İstifadəçiləri onlayn maraqlarına görə birləşdirmək üçün hazırlanmış yeni xidmət süni intellekt tərəfindən seçilən tematik kartlar sisteminə əsaslanır.

“Area 120” startap-inkubatorunda hazırlanmış yeni sosial şəbəkənin interfeysi “lövhələr” (keens) sistemi üzrə qurulub. Həmin “lövhələr”ə seçilmiş mövzular üzrə məqalə, şəkil və başqa məzmun bərkitmək və bundan sonra bu informasiyanı paylaşmaq və ya şəxsi baxış üçün saxlamaq olar. Xidmətin daxili alqoritmi istifadəçilərə onların seçiminə əsasən kolleksiyaya əlavə etmək üçün avtomatik olaraq yeni elementlər təklif edəcək.

Hələlik “Keen” sosial şəbəkəsinin “Android” üçün mobil tətbiq versiyası istifadəyə verilib. Tərtibatçılar “iOS” sistemi üçün mobil tətbiqin çıxarılacağı vaxtı açıqlamayıblar.

CAVİD